Milyonlarla Covid-19 peyvəndi məhv ediləcək

13:30 - 6 Mart 2023

Milyonlarla Covid-19 peyvəndi məhv ediləcək

Bolqarıstan Səhiyyə Nazirliyi tələb olmadığı üçün ölkədə Kovid-19 peyvəndlərinin ehtiyatlarının artdığını və vaxtı keçmiş peyvəndlərin məhv edilməsinin qaçılmaz olduğunu bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səhiyyə naziri Asen Mecidiev mətbuata verdiyi açıqlamada, “Peyvəndləşməyə maraq sıfırdır. Biz müddəti başa çatmaq üzrə olan 2,8 milyon peyvəndi məhv etmək ərəfəsindəyik” – deyib.

Mecidiev, pandemiyanın intensivliyi keçdikdən sonra ölkədə demək olar ki, heç kimin getmədiyi əsas xəstəxanalardakı peyvənd bölmələrini bağladıqlarını bildirib.

Manşet.az


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin