Lotoreyadan 913 min qazanan şəxs pulu hara xərcləyəcəyini AÇIQLADI - VİDEO

13:11 - 6 Mart 2023

Lotoreyadan 913 min qazanan şəxs pulu hara xərcləyəcəyini AÇIQLADI - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb. Tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı "Azərlotereya” ASC-nin təşkil etdiyi "4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb. 

 

Manset.az xəbər verir ki, uduş qazanan şəxs Xaçmaz sakini Kamran Məmmədsəidovdur. O 913 072 manatlıq tarixi cekpotun sahibi olub.

Şanslı qalib ATV-də yayımlanan "Zaurla günaydın" verilişinə qonaq olub və qazancı nə edəcəyi haqda sualları cavablandırıb.

Kamran Məmmədsəidov deyib ki, qazancından 10 min manatı "YAŞAT Fondu"na, 10 min manatı AFAD-a, 10 min manatı isə Heydər Əliyev Fonduna köçürəcək. 

O həmçinin deyib ki, kəndlərində məscidi təmir etdirəcəm.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin