Çavuşoğludan taxıl müqaviləsi ilə bağlı AÇIQLAMA

12:39 - 6 Mart 2023

Çavuşoğludan taxıl müqaviləsi ilə bağlı AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qara dəniz taxıl sazişinin uzadılması ilə bağlı işlərin davam etdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çavuşoğlu bildirib ki, Ankara Ukraynaya Rusiyanın blokadası altında olan limanlarından ixracı bərpa etməyə imkan verən taxıl sazişinin uzadılması üzərində işləyir.

Qara dəniz taxıl sazişi ötən ilin iyulunda Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə imzalanıb və ötən ilin noyabrında onun müddəti uzadılıb. Onun yenidən uzadılması ilə bağlı razılıq əldə olunmasa, müqavilənin müddəti martın 18-də başa çatacaq.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin