İctimai yerlərdə söyüş söyməyə görə cəzalar ağırlaşdırıldı

12:01 - 6 Mart 2023

İctimai yerlərdə söyüş söyməyə görə cəzalar ağırlaşdırıldı

Qazaxıstanda ictimai yerlərdə söyüşə görə cəzalar artırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu gündən Qazaxıstanda yenilənmiş İnzibati Xətalar Qanunu qüvvəyə minib, söyüş söyənlərə veriləcək cəzalar ağırlaşdırılıb.

Bundan sonra ictimai yerlərdə söyüş söyən, təhqir və təzyiqlərə yol verən, ictimai binalara və yaşayış yerlərinə, habelə ictimai nəqliyyat vasitələrinə və ictimai əmlaka zərər vuran, ictimai yerlərə hörmətsizlik edən, insanların ictimai asayişini və əmin-amanlığını pozan şəxslər ciddi şəkildə cəzalandırılacaqlar.

Günahı sübuta yetirilənlərə 69 min tenge (təxminən 267 AZN) və ya 15 günə qədər həbs cəzası veriləcək. Cinayətin təkrar törədildiyi təqdirdə həbs cəzası 30 günə qədər artırılacaq.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin