Latviya Prezidenti Azərbaycana rəsmi səfər edəcək

11:30 - 6 Mart 2023

Latviya Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Latviya Prezidenti Eqils Levits martın 8-də Azərbaycana rəsmi səfər edəcək.

 

Manset.az report-a istinadən xəbər verir ki, Latviya dövlət başçısı Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək.

Üstəlik, E.Levitsin martın 9-dan 11-dək Bakıda keçiriləcək Qlobal Bakı Forumunda iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, X Qlobal Bakı Forumu “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçiriləcək. Forumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafda rolu və digər məsələlər müzakirə ediləcək


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin