Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
15:29 - 30 Avqust 2021
Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qruplaşmasının Rusiyadakı statusundan danışıb.
Manset.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Peskov status dəyişikliyi barədə danışmaq üçün tez olduğunu vurğulayıb.
"İndi "Taliban" qruplaşmasının Rusiyadakı statusuna baxılması tezdir. Bunun üçün Əfqanıstanda yeni hakimiyyətin ilk addımlarına baxmaq lazımdır", - o söyləyib.
Qeyd edək ki, "Taliban" Rusiyada terror təşkilatları siyahısına daxildir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin