Azərbaycanda daha bir "tiktoker" həbs edildi - FOTO

23:58 - 5 Mart 2023

Azərbaycanda daha bir

Azərbaycanda daha bir "tiktoker" həbs edilib. 

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, tanınmış TikTok fenomeni Şahin Cavadov avtoxuliqanlıqda təqsirli bilinir.

O, bir neçə gün əvvəl Masallıda toy karvanında avtoxuliqanlıq edərək müxtəlif qayda pozuntularına yol verib. Həmin görüntülər sosial şəbəkələrdə yayılandan dərhal sonra Masallı Rayon Polis Şöbəsində araşdırma aparılıb. 

Araşdırmaların nəticəsi olaraq Masallı rayon sakini Şahin Cavadov rayon məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alıb. Onun sürücülük hüququ da 1 il müddətinə məhdudlaşdırılıb.

 

 



Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin