Bu ölkədə hava limanlarının işində fasilələr olacaq - XƏBƏRDARLIQ

19:31 - 5 Mart 2023

Bu ölkədə hava limanlarının işində fasilələr olacaq - XƏBƏRDARLIQ

Fransa Mülki Aviasiya Baş Müdirliyi (DGAC) pensiya islahatına qarşı tətil səbəbiylə martın 6-dan 9-dək ölkə daxilində hava limanların işində fasilələr olacağı barədə xəbərdarlıq edib və sərnişinləri mümkünsə uçuşların vaxtını dəyişdirməyə çağırıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə DGAC tərəfindən bazar günü Twitter-də məlumat dərc edilib.

“Martın 6-sı axşam saatlarından 9-u səhər saatlarına kimi paytaxtın Şarl de Qoll, Orli və Bove, eləcə də Bordo, Lil, Nant, Marsel, Montpelye, Nitsa və Tuluza hava limanlarında təyyarələrin gəlişi və gedişi məhdudlaşdırılacaq” – məlumatda bildirilir.

Departament aydınlaşdırıb ki, məhdudiyyətlərə martın 7-də başlayacaq pensiya islahatına qarşı keçirilən tətil səbəb olacaq. “Mülki Aviasiya Baş İdarəsi sərnişinləri mümkün olduğu təqdirdə uçuşların vaxtını dəyişdirməyə çağırır”, - məlumatda deyilir.

Eyni zamanda yüksəksürətli və şəhərətrafı qatarların işində mümkün fasilələr barədə də xəbərdarlıq edilib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin