Azərbaycan ordusu Qarabağda erməni təxribatına cavab verib - YENİLƏNİR

14:03 - 5 Mart 2023

Azərbaycan ordusu Qarabağda erməni təxribatına cavab verib - YENİLƏNİR

Azərbaycan ordusu Qarabağda erməni təxribatına cavab verib.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, təxribata qarşı keçirilən cavab əməliyyatları nəticəsində erməni qanunsuz silahsız birləşməsinin üç üzvü məhv edilib.

Qeyd edilib ki, suveren Azərbaycan torpaqlarında separatçılıqla məşğul olan və təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan öldürülüb.

Leytenant David Ovsepyan isə yaralanıb.

13:26

Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər şəhər ətrafından güclü silah səslərinin gəldiyini bildirirlər.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan öz ərazisində erməni təxribatına qarşı əməliyyat keçirir.

Erməni tərəfi iddia edir ki, nəticədə bir separatçı ölüb, bir nəfər isə yaralanıb.

Qeyd edək ki, Qarabağda baş vermiş istənilən təxribatın səbəbkarı Nikol Paşinyan və onun rəhbərlik etdiyi Ermənistan hökumətidir. Azərbaycanın suveren ərazisində heç bir əlavə separatçı silahlı dəstə, hansısa bir bölücü fəaliyyət yolverilməzdir.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin