DYP-dən sürücülərə MÜRACİƏT

12:07 - 5 Mart 2023

DYP-dən sürücülərə MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxtın mərkəzi prospektlərinin birində aparılan təmir işləri ilə bağlı sürücülərə müraciət edib.

 

DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli Manset.az-a bildirib ki, Neftçilər prospekti boyunca Rəsul Rza küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır.

"Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", - o, deyib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin