Hipermarketə hücum zamanı güllə yarası alan şəxsdən XƏBƏR VAR

20:54 - 4 Mart 2023

Hipermarketə hücum zamanı güllə yarası alan şəxsdən XƏBƏR VAR

Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.

O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.

 

 


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin