Xalq artistindən xəstəliyi ilə bağlı AÇIQLAMA

20:38 - 4 Mart 2023

Xalq artistindən xəstəliyi ilə bağlı AÇIQLAMA

“Məndə şiş tapılmayıb. Sadəcə papilloma olub, onu da çıxarıblar. Elgiz diaqnozu səhv salıb”.

 

Manset.az xəbər verir ki, bunu açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib. O bildirib ki, sinəsində şiş aşkarlanması xəbəri yalandır.

Qeyd edək ki, bir neçə gün öncə Naibə Allahverdiyevanın əməliyyat zamanı sinəsində şiş aşkarlanması barədə məlumat yayılıb. Belə ki, o, “Elgizlə izlə” proqramında sinə əməliyyatı zamanı problemin üzə çıxdığını deyib. Aparıcı Elgiz Əkbər isə bunu şiş adlandırıb. /Big.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin