Hacıqabuldakı zəlzələ ilə bağlı AÇIQLAMA - Narahat olmayın!

15:06 - 4 Mart 2023

Hacıqabuldakı zəlzələ ilə bağlı AÇIQLAMA - Narahat olmayın!

Bu gün Hacıqabulda yerli vaxtla saat 10:40:02, 10:40:19 və 11:00-da qeydə alınan hər üç zəlzələ xırda təkanlardır. Maqnitudaları azdır və hiss olunmayıb. Vətəndaşlar bundan narahat olmasınlar.

 

Manset.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

V.Rafiqqızı bildirib ki, xırda zəlzələlər həmin ərazidə enerji yığılmasının qarşısını alır. Bu da daha böyük maqnitudalı zəlzələlərin başvermə ehtimalını azaldır.

Mərkəzin şöbə müdirinin sözlərinə görə, maqnitudası 3-dən yuxarı olan, hiss olunmayan zəlzələlər haqqında məlumatlar beynəlxalq razılaşmaya əsasən yerli seysmoloji mərkəzlər tərəfindən ictimaiyyətə açıqlanır.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin