FHN məlumat yaydı

12:53 - 4 Mart 2023

FHN məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 28 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində ikisi azyaşlı olmaqla 6 nəfər xilas edilib.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin