ABŞ-nin cənubunda tornado və leysan nəticəsində azı doqquz nəfər həyatını itirib.
Bu barədə Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir.
Məlumata görə, tornado və leysana səbəb olan siklon ölkənin şimal-şərqinə doğru hərəkət edir. Proqnozlara görə, bu səbəbdən orada güclü qar yağa bilər.
Poweroutage.us portalı qeyd edir ki, təbii fəlakət nəticəsində 1,4 milyondan çox ev və müəssisə elektrik enerjisiz qalıb.