Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə ÖLDÜ

09:24 - 04 Mart 2023

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə ÖLDÜ

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

 

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Manset.az-a bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü Şəhriyar Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ş.Məmmədov Vətən Müharibəsi iştirakçısı olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv