Nazir həbs olunan müdirin yerinə onu təyin etdi
27 Aprel 2024
22:04 - 3 Mart 2023
Adıyaman Respublika Prokurorluğu tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində zəlzələ nəticəsində dağılan binanın müfəttişi Həsən Atay həbs edilib.
Manset.az xəbər verir ki, Adıyaman Respublika Prokurorluğundan verilən açıqlamaya görə, fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə 11 vilayətdə dağılan binalarla bağlı araşdırmalar davam edir.
Bu çərçivədə Adıyamanda 20-dən çox adamın həyatını itirdiyi “Furkan Mənzil”in bina müfəttişi Həsən Atay Adıyaman mərkəzində saxlanılıb.
Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Atay növbətçi Sülh cinayət hakimi tərəfindən həbs edilib.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin