Ankara türkmən zabitin öldürülməsini qınadı

21:35 - 3 Mart 2023

Ankara türkmən zabitin öldürülməsini qınadı

Rəsmi Ankara İraq Türkmən Cəbhəsinin Təhlükəsizlik İdarəsinin keçmiş zabiti Əhməd Tahirin sui-qəsd nəticəsində öldürülməsini pisləyib.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, terror aktı təkcə İraq türkmənlərinin deyil, həm də İraqın sabitliyini hədəfləyir.

"Biz səlahiyyətlilərdən hücumun səbəbkarlarının dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmasını gözləyirik”, - deyə nazirlik bəyan edib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin