Rəşad Dağlı işində YENİLİK - Prokurorluq açıqlama verdi

17:09 - 3 Mart 2023

Rəşad Dağlı işində YENİLİK - Prokurorluq açıqlama verdi

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verilib.

 

Manse.az xəbər verir ki, bu barədə report-a Rəşad Dağlının yaxınları bildirib.

Qeyd edilib ki, prokurorluq tərəfindən təqdimat Qaradağ Rayon Məhkəməsinə təqdim edilib.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin