Zelenskiyə Baxmutla bağlı ÇAĞIRIŞ EDİLDİ

16:35 - 3 Mart 2023

Zelenskiyə Baxmutla bağlı ÇAĞIRIŞ EDİLDİ

Rusiyanın muzdlu qruplaşması “Vaqner” aylardır şiddətli döyüşlərin getdiyi Baxmutu “de-fakto mühasirəyə aldığını” açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Vaqner”in prezidenti Yevgeni Priqojin Telegram-da yayımladığı videoda Baxmut ətrafında “mühasirə silahlarının bir-birinə yaxınlaşdığını” bildirib.

Priqojin Zelenskiyə göndərdiyi mesajda şəhəri "demək olar ki, tamamilə mühasirəyə aldıqlarını" və yalnız bir yol qaldığını söyləyib.

O, Zelenskini şəhəri tərk etməyə çağırıb.

Digər tərəfdən, müharibənin əvvəlində Rusiyanın nəzarətində olan, lakin sentyabrda Ukraynanın geri qaytardığı Kupyansk şəhərinin qismən boşaldılması çağırışı edilib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin