“Qarabağ”ın qapıçısına ağır cəza

15:30 - 3 Mart 2023

“Qarabağ”ın qapıçısına ağır cəza

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın 24-cü turunun “Qarabağ” – “Neftçi” baş vermiş neqativ hallara hüquqi qiymət verilib.

 

Manset.az xəbər verir ki, Ağdam klubunun qapıçısı Luka Quqeşaşvili azarkeşlərə tərəf kənar əşya atdığı üçün 3 oyunluq cəzalandırılıb və klubunu 2400 manat ziyana salıb.

Gürcüstanlı qolkiperə oyun cəzası şərti olaraq tətbiq olunub və sınaq müddəti 3 ay müəyyənləşdirilib.

“Qarabağ” azarkeşləri kütləvi təhqiramiz ifadələr işlətdiyindən, ağdamlılar daha 4000 manat cərimələnib.

“Neftçi” isə azarkeşlərinin pirotexnikadan istifadəsinə görə 800 manat, meydançaya kənar əşyaların atılmasına görə 1600 manat, kütləvi təhqiramiz ifadələr işlətdiklərinə görə isə 4000 manat cəriməyə məruz qalıb. Həmçinin fanatların oturacaqları sındırması və süni örtüyə ziyan vurması səbəbindən dəymiş ziyan “Neftçi” tərəfindən ödənilməlidir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin