Xeops Piramidasında ən mühüm beynəlxalq kəşf

15:15 - 3 Mart 2023

Xeops Piramidasında ən mühüm beynəlxalq kəşf

Misirin paytaxtı Qahirənin qərbində yerləşən Giza piramidalarının ən böyüyü və Dünyanın Yeddi Möcüzəsindən biri olan Xeops Piramidasında (Kral Xufu Piramidası)  çox əhəmiyyətli bir kəşf edildi.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qazıntılar zamanı Xeops piramidasının içərisində kralın dəfn otağına aparacağı düşünülən uzunluğu 9 metrdən, eni 2,1 metrdən çox olan keçid aşkar edilib.

Layihədə iştirak edən misirli arxeoloq Zahi Həvvas kəşflə bağlı bunları deyib:

"Məncə, Kral Xufunun dəfn otağı tapılmayıb və inanıram ki, bu keçid Kral Xufunun dəfn otağını qorudu. Biz daha çox sirləri üzə çıxarmaq üçün axtarışı tamamlamalıyıq".

Qahirə Universitetinin rektoru Məhəmməd əl-Həşt də bu gizli keçidin 7 illik fasiləsiz iş nəticəsində aşkarlandığını bildirib.

Misirin Turizm və Qədim Əsərlər naziri Əhməd İsa kəşfin ən mühüm beynəlxalq kəşf olduğunu açıqlayıb.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin