Kamran Əliyev bu şəxsi Naxçıvanda yüksək vəzifəyə təyin etdi

11:52 - 3 Mart 2023

Kamran Əliyev bu şəxsi Naxçıvanda yüksək vəzifəyə təyin etdi

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən qurumun Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Əkbər Rzayev tutduğu vəzifədən azad olunaraq qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

 

Manset.az xəbər v erir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Digər əmrlə Valeh Qasımov qurumun İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin olunub. Valeh Qasımov bu təyinata qədər Muxtar Respublikanın Hərbi prokurorluğunun İstintaq şöbəsinin prokuror-kriminalisti vəzifəsində çalışıb.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin