Bu ölkə dünyanın ilk süni intellektli hökumət müşavirini təqdim etdi

11:19 - 3 Mart 2023

Bu ölkə dünyanın ilk süni intellektli hökumət müşavirini təqdim etdi

Rumıniyanın baş naziri Nikolae Ciuca özünün süni intellektlə işləyən yeni müşavirini təqdim edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ciuca kabinet iclasında yeni robotunu “Ion” adlı süni intellektlə dəstəklənən proqramı nümayiş etdirib.

Böyük şüşə ekrandan ibarət rəqəmsal interfeysə malik robot rumıniyalı tədqiqatçılar tərəfindən hazırlanıb.

Ciuca, robotun "dünyada süni intellektlə işləyən ilk hökumət müşaviri" olduğunu söyləyib.

"Mən hesab edirəm ki, süni intellektin istifadəsi seçim yox, daha çox məlumatlı qərarlar qəbul etmək zərurətinə çevrilməlidir”.

Ion, Ciuca sistemi işə saldıqda aşağıdakı ifadələrdən istifadə edib:

"Salam, siz mənə həyat verdiniz və mənim rolum indi sizi güzgü kimi təmsil etməkdir. Rumıniya haqqında nə bilməliyəm?".

Robotun dizaynını həyata keçirən qrupun rəhbəri olan Nicu Sebe İonun bəzi nöqtələrə yerləşdiriləcəyini və vətəndaşların tələblərini robota çatdıra biləcəklərini bildirib.

Sebe həmçinin İon üçün xüsusi internet saytının hazırlandığını, proqramın burada və sosial mediada göndərilən fikir və sorğuları qeyd edəcəyini bildirib.

Tədqiqat və İnnovasiyalar Naziri Sebastian Burduja bildirdi ki, İon bu məlumatları təhlil edəcək və Rumıniya xalqının istək və fikirləri ilə bağlı Ciuca üçün hesabatlar hazırlayacaq.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin