<

Qohumunun evindən 100 min manatlıq oğurluq edən şəxs saxlanıldı - FOTO

09:33 - 3 Mart 2023

Qohumunun evindən 100 min manatlıq oğurluq edən şəxs saxlanıldı - FOTO

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonu ərazisindəki evlərdən birindən 100 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

 

Bu barədə Manset.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəxs “isti izlərlə” müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, Astara rayon sakini Rövşən Cəlilov olduğu müəyyən edilib. Oğurlanan qızıl-zinət əşyaları həmin şəxsin gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.


Xəbər xətti

24 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin