Gəncədə döyülən şəxs xəstəxanada öldü

09:55 - 30 Avqust 2021

Gəncədə döyülən şəxs xəstəxanada öldü

Gəncədə döyülən şəxs xəstəxanada ölüb.

Manset.az xəbər verir ki, avqustun 27-də 1983-cü il təvəllüdlü Gəncə şəhər sakini Sahib Abdullayev komotoz vəziyyətdə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq o, avqustun 29-da xəstəxanada dünyasını dəyişib.Araşdırma zamanı məlum olub ki, vəfat edən şəxs avqustun 270də Gəncə şəhərində 1998-ci iı təvəllüdlü Samux rayon sakini Elmar Əsgərovla əlbəyaxa dalaşıb, sonuncu onun başından vuran zaman yıxılaraq başı səkiyə dəyib və komotoz vəziyyətə düşüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(apa)


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin