İşdən çıxarılan fotoqraf “Qarabağ”a qayıtdı

23:36 - 2 Mart 2023

İşdən çıxarılan fotoqraf “Qarabağ”a qayıtdı

Fotoqraf Elmir Kərimov yenidən “Qarabağ”a qayıdıb.

 

Manset.az xəbər verir ki, bu barədə Oxu.Az saytına açıqlamasında E.Kərimov özü məlumat verib:

“Neftçi” ilə oyundan sonra “Qarabağ”ın bazasında oldum, klub rəhbərliyi ilə görüşdüm. Görüşdə geniş müzakirə oldu. Yusif Cəfərov da orada idi.

Yusif səhv anlaşıldığını dedi. Rəhbərliyin baş verənlərdən narahatlıq keçirdiyinə yaxından şahid oldum. Şəxsən çağırdıqlarına və səmimiyyət göstərdiklərinə görə təşəkkür edirəm.

Görüşün sonunda “Qarabağ” rəhbərliyi yenidən işə dönməyimi istədi. Klubun qapılarının hər zaman üzümə açıq olduğunu bildirdilər.

Açığı, qərar verməkdə çətinlik çəkirdim. Amma ailəm və yaxınlarımın məsləhətindən sonra yenidən “Qarabağ”da işimə davam edəcəyimə qərar verdim.

Hər ailədə narahatlıq, narazılıq olur. “Qarabağ” da mənə ailə kimidir. Ümid edirəm ki, hər şey arxada qaldı. Bu gündən sevimli klubumda sevimli işimə olduğu yerdən davam edəcəm”.

Xatırladaq ki, bir müddət əvvəl oyunlarda çəkilişə görə verilən qonorarın azaldılmasına görə E.Kərimov klubdan ayrıldığını açıqlamışdı.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin