Məhkəmə Saakaşvilini azadlığa buraxmadı

23:03 - 2 Mart 2023

Məhkəmə Saakaşvilini azadlığa buraxmadı

Gürcüstanın Apellyasiya Məhkəməsi keçmiş prezident Mixail Saakaşvilinin azadlığa buraxılması və müalicə üçün xarici klinikaya köçürülməsi barədə vəsatətini rədd edib.

 

Manset.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, məhkəmə vəsatəti əsassız hesab edib.

Xatırladaq ki, Saakaşvili 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tbilisidəki evində həbs edilib.O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin