Azərbaycanın daha bir gimnastı FİNALA YÜKSƏLDİ

22:18 - 2 Mart 2023

Azərbaycanın daha bir gimnastı FİNALA YÜKSƏLDİ

Azərbaycanın daha bir idman gimnastı Qətərin Doha şəhərində idman gimnastikası üzrə keçirilən Dünya kubokunda finala yüksəlib.

 

Federasiyadan Manset.az-a verilən məlumata görə, milli komandanın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurub.

Gimnast bu nəticə ilə adını finala yazdırıb.

Qeyd edək ki, daha əvvəl Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin