Rusiya mediası Bakıda keçirilən Zirvə görüşündən yazdı

22:04 - 2 Mart 2023

Rusiya mediası Bakıda keçirilən Zirvə görüşündən yazdı

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü və Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə çıxışı Rusiya KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

 

Manset.az xəbər verir ki, Rusiyanın “Lenta.ru”, “Moskovskiy komsomolets”, “Profil” nəşrləri Prezident İlham Əliyevin Zirvə görüşündə çıxışında Azərbaycan hökumətinin 2021-2022-ci illərdə Qarabağın bərpasına 4 milyard dollar ayırdığı, Azərbaycanın bu bərpa işlərini öz vəsaiti hesabına həyata keçirdiyi, eləcə də bu il həmin məqsədlərə daha 1,7 milyon dollar vəsait ayrılacağı barədə bəyanatını önə çəkib.

Yazılarda bildirilib ki, Azərbaycan dövlətinin başçısı Qarabağda kənd və şəhərlərin sıfırdan, “ağıllı kənd” və “ağıllı şəhər” prinsipi ilə tikildiyini qeyd edib.

“TASS” agentliyinin Bakıda keçirilən Zirvə görüşündən hazırladığı informasiyalarda Azərbaycan Liderinin ölkəmizin Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəyi, Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək məqsədilə ilk donor ölkə kimi 1 milyon ABŞ dolları məbləğində vəsait ayırması barədə bəyanatından bəhs edilir. Bundan başqa, Azərbaycan Prezidentinin Hərəkatın digər üzvlərini də bu təşəbbüsü dəstəkləməyə çağırdığı, eləcə də BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdiyi vurğulanıb.

Prezident İlham Əliyevin Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi də Rusiya KİV-lərinin önə çıxardığı fikirlərdəndir.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin