Lotoreyadan 913 min manat qazanan şəxs kimdir? - FOTO

21:52 - 2 Mart 2023

Lotoreyadan 913 min manat qazanan şəxs kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb. Tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı "Azərlotereya” ASC-nin təşkil etdiyi "4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb. 

 

Şanslı qalib bir biletlə 913 072 manatlıq cekpota sahib olub. 

Manset.az xəbər verir ki, həmin şəxs Xaçmaz sakini Kamran Məmmədsəidovdur.

O, daş satışı ilə məşğuldur. 50 yaşında şans üzünə gülən Kamran bəy çoxlarının səbirsizliklə gözlədiyi 913 072 manatlıq tarixi cekpotun sahibi olub. 

Qalib böyük həyəcan və sevinc hissilə mükafatı əldə etmək üçün "Azərlotereya”nın uduşlu biletlərin qəbul edildiyi "Bakı KOB evi”nə gəlib. 

Cekpot udacağını yuxusunda gördüyünü deyən qalib satıcı olaraq işləməyə davam edəcək.
 



Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin