Sülhməramlıların daha üç maşını aksiya ərazisindən keçid edib

21:36 - 2 Mart 2023

Sülhməramlıların daha üç maşını aksiya ərazisindən keçid edib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

 

Manset.az xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Həmçinin sülhməramlıların bir minik avtomobili də Laçına gedib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin