15 yaşlı qız sevgilisinə bütün ailə üzvlərini öldürtdü - Səbəb dəhşətə gətirir

19:14 - 2 Mart 2023

15 yaşlı qız sevgilisinə bütün ailə üzvlərini öldürtdü - Səbəb dəhşətə gətirir

Rusiyada, Omsk vilayətində məhkəmə üç ailə üzvünü qətlə yetirməkdə təqsirli bilinən 15 yaşlı yerli sakin və onun 18 yaşlı sevgilisini 6 il 6 ay və 6 il 7 ay müddətinə azadlıqdan məhrum edib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Larisa Boldinova məlumat verib.

Təqsirləndirilən şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "a", "v", "j" bəndləri ("İki və ya daha çox şəxsi, o cümlədən yetkinlik yaşına çatmayanı xüsusi amansızlıqla öldürmək) təqsirli biliniblər.

İstintaq və məhkəmə müəyyən edib ki, Yuryevka kəndində yeniyetmə qız gənc oğlanı valideynlərin münasibətlərinə qarşı olduqları üçün öldürməyə razı salıb. 2022-ci il yanvarın 22-nə keçən gecə gənc oğlan qızın açdığı qapıdan evə daxil olaraq yatmış ailə üzvlərinə - 35 yaşlı anaya, 38 yaşlı ögey ataya və dayaq-hərəkət sistemi xəstəliyindən əziyyət çəkən 10 yaşlı qıza süngü ilə ölümcül xəsarətlər yetirib.

Yeniyetmələr qızın yalnız altı yaşlı qardaşını sağ qoyublar. Onunla birlikdə qız qonşuların yanına qaçaraq naməlum şəxsin evə girərək valideynlərini və bacısını öldürdüyünü bildirib. Daha sonra o, cinayəti törədənin haqda yalançı ifadə verib. Lakin təkrar dindirilmə zamanı yeniyetmələr əməllərini etiraf ediblər. Qız günahını etiraf edib./milli.az


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin