Brilliant Dadaşova: "Tanımadığımız insanlar üçün ağlayırıq" - FOTO

19:05 - 2 Mart 2023

Brilliant Dadaşova:

Xalq artisti Brilliant Dadaşova bu gün vəfat edən ilahiyyatçısı Hacı Şahin Həsənli bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, sənətçi şəxsi insatqram hesabında Hacı Şahinin şəklinin payılaşaraq onun ölümünə görə kədərləndiyini bildirib:

"Bəzən tanımadığımız insanlar üçün ağlayırıq. Sözdə yox, özdə Allahın əlindən tutduğunu hiss edir qəlbimiz... Onun hikməti, zəmanəmizə xas olmayan mərifəti, dünyadan getmə qabiliyyəti səssiz-səmirsiz...".

Xatırladaq ki, ilahiyyatçısı Hacı Şahin Həsənli bu gün gecə saat 05:00 radələrində ürəktutmasından vəfat edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Yasamal qəbiristanlığında torpağa tapşırılıb.



Xəbər xətti

17 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin