Hulusi Akar xorvatiyalı həmkarı ilə Ukraynanın ərazi bütövlüyünü MÜZAKİRƏ ETDİ - FOTO

18:21 - 2 Mart 2023

Hulusi Akar xorvatiyalı həmkarı ilə Ukraynanın ərazi bütövlüyünü MÜZAKİRƏ ETDİ  - FOTO

Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar Ankarada səfərdə olan Xorvatiya müdafiə naziri Mario Banoziclə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

H.Akar ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Nazirlər, həmçinin terrorla mübarizə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
 



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin