Rusiya kəşfiyyatı FSB Ukrayna ilə sərhəddə Bryansk vilayətində təxribat qruplarının hücumları ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti Rusiyanın Bryansk vilayətində sərhədi pozan Ukrayna silahlı diversiya qrupunun zərərsizləşdirilməsi üçün tədbirlərin görüldüyünü açıqlayıb:
“FSB və Rusiya Müdafiə Nazirliyinin qüvvələri sərhədi pozan Ukrayna silahlı millətçilərini zərərsizləşdirmək üçün tədbirlər görür”.
Rusiya hakimiyyəti bu gün səhər saatlarında Ukrayna ərazisindən silahlı təxribat qruplarının Rusiyanın sərhəd bölgələrinə daxil olaraq hücum etdiyini açıqlamışdı.
Manşet.az