Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
13:01 - 2 Mart 2023
Medianın İnkişafı Agentliyi “Səs” və “Yeni Müsavat” media qruplarına məxsus “Youtube” platformasında fəaliyyət göstərən eyniadlı kanalların kənar müdaxiləyə məruz qalması ilə bağlı bəyanat yayıb.
Agentlikdən Manset.az-a verilən xəbərə görə, bəyanatda deyilir:
“1 mart 2023-cü il tarixində Azərbaycanın “Səs” və “Yeni Müsavat” media qruplarına məxsus “Youtube” platformasında fəaliyyət göstərən eyniadlı kanallar kənar müdaxiləyə məruz qalmış, onların arxivi silinib.
Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələrin nəinki dezinformasiya və yanlış xəbərlər yayılması, habelə infrastruktura kənar müdaxilə etməklə informasiyanın mənbədən silinməsi və dəyişdirilməsi üsulundan istifadə etməklə hədəfinə çevrilir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “Səs” və “Yeni Müsavat” media qruplarının “Youtube” kanallarına haker hücumunu ölkəmizin informasiya təhlükəsizliyinə təhdid hesab edir və bu kimi halların baş verməsinin qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa, eyni zamanda həm media qurumlarını, həm də aidiyyəti dövlət orqanlarını qarşılıqlı əməkdaşlıq çərçivəsində tədbirlər görməyə çağırır”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin