Saakaşvili həbsdə qaldı

15:57 - 2 Mart 2023

Saakaşvili həbsdə qaldı

Tbilisinin Apellyasiya məhkəməsi Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı azadlığa buraxılmaması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı gürcü siyasətçi Yekaterina Xerxeulidze öz feysbuk hesabında paylaşıb. 

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.

M. Saakaşvili ötən il fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin