Fransanın Lion şəhərində 2 lisey şagirdinin dərsdən qaçmaq üçün yalançı bomba xəbərdarlığı etdiyi ortaya çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, davam edən istintaq tədbirləri çərçivəsində polis 2 orta lisey şagirdini saxlayıb.
Şagirdlərdən biri polisin dindirməsi zamanı etiraf edib ki, idarəyə elektron poçtla göndərilən hədələyici bomba xəbərdarlıqları onlar tərəfindən edilib.
Digər şagird bu bildirişləri imtahanların ləğvi üçün etdiklərini bildirib.
Prokurorluq dövlət qulluğuna məsul şəxslərə qarşı hədə-qorxu ilə bağlı istintaqa başlayıb və iki orta lisey şagirdini məhkəmə nəzarəti altında sərbəst buraxıb.
Manşet.az