Lavrov çinli həmkarı ilə Ukrayna məsələsini müzakirə etdi

15:40 - 2 Mart 2023

Lavrov çinli həmkarı ilə Ukrayna məsələsini müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin xarici işlər naziri Çina Qanq ilə Ukrayna məsələsini müzakirə edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hər iki nazir Ukraynadakı vəziyyəti və digər beynəlxalq məsələləri, o cümlədən Çinin Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqeyini müzakirə edib:

“Müzakirə olunan bütün məsələlər üzrə yüksək səviyyədə yaxınlıq və konsensus ifadə edildi. Başqa ölkələrin daxili işlərinə qarışmaqla, şantaj və hədə-qorxu ilə birtərəfli yanaşmaların tətbiqi, beynəlxalq münasibətlərin demokratikləşməsinə qarşı çıxmaq cəhdləri yekdilliklə rədd edildi. İki ölkə arasında xarici siyasət sahəsində qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi üçün müntəzəm, o cümlədən üz-üzə təmasların davam etdirilməsinin vacibliyi bir daha təsdiqləndi”.

Lavrov və Çin Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-cü il Məsləhətləşmə Planını imzalayıblar.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin