Britaniya İrandan göndərilən qayıqda tank əleyhinə raket ələ keçirdi

15:33 - 2 Mart 2023

Britaniya İrandan göndərilən qayıqda tank əleyhinə raket ələ keçirdi

Britaniya Kral Donanması İrandan Yəmənə göndərildiyi düşünülən bir qayıqdan Oman sahillərində tank əleyhinə raketlər və ballistik raket hissələrinin ələ keçirildiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kral Hərbi Dəniz Qüvvələrinin bəyanatına əsasən, fevralın 23-də ABŞ-ın kəşfiyyat təyyarəsi Oman körfəzində İrandan gələn boz brezentlərlə örtülmüş yük daşıyan kiçik qayıq təsbit edib.

Bölgədəki İngiltərə Hərbi Dəniz Qüvvələrinə məxsus "HMS Lancaster" freqatı Oman körfəzinə müdaxilə etmək istəyib, lakin qayıq İranın ərazi sularına dönməyə çalışıb. İngilis freqatı ona ane olaraq saxlayıb.

İngilis əsgərləri tərəfindən gəmidə aparılan axtarışda İranda "Dehlaviye" adlanan tank əleyhinə raketlər və orta mənzilli ballistik raketlər üçün üzgəclər ələ keçirilib.

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin