Yeni yerüstü piyada keçidinin inşası davam etdirilir

15:24 - 2 Mart 2023

Yeni yerüstü piyada keçidinin inşası davam etdirilir

Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Zığ dairəsinin yaxınlığında yeni yerüstü piyada keçidinin tikintisi davam edir. Layihəyə uyğun olaraq artıq keçidin aşırım hissəsinin metal konstruksiyasının montajı həyata keçirilib. 

 

Manset.az xəbər verir ki, keçidin uzunluğu 52.55 metr, aşırım hissəsinin uzunluğu 46.95 metr, eni 2.83 metr, pilləkənlərin eni isə 2.7 metr təşkil edir.  

Yol səviyyəsindən hündürlüyü 5.7 metr təşkil edən keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemlərinin quraşdırılması işləri aparılıb. Keçidin dayaq hissələrinin beton və metal işləri, aşırım hissəsinin metal konstruksiyası üzrə işlər də tamamlanıb. Hazırda keçidin üzlənməsi işləri icra olunur. 

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub. 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin