Fransa Kiyevlə bu məsələ ilə bağlı danışıqlara başladı

14:57 - 2 Mart 2023

Fransa Kiyevlə bu məsələ ilə bağlı danışıqlara başladı

Fransa Kiyev hakimiyyəti ilə ukraynalı pilotların hazırlanması ilə bağlı danışıqlara başladığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransanın müdafiə naziri Sebastien Lekornu senatorların Paris və Kiyevin ukraynalı pilotların hazırlanması üçün danışıqlara başladığını bəyan edib.

Ukraynaya döyüş təyyarələrinin verilib-verilməyəcəyi ilə bağlı açıqlama verməkdən çəkinən fransalı nazir bu ölkənin təcili olaraq raketlərə ehtiyacı olduğunu bildirib.

Ukraynanın hücumlara qarşı müqavimətinin raket tədarükündən asılı olduğunu bildirən Lekornu, təyyarələrin çatdırılması və pilotların hazırlanmasının vaxt aparan məsələlər olduğunu söyləyib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin