Avropa qitəsində sülh dövrü başa çatdı?

14:21 - 2 Mart 2023

Avropa qitəsində sülh dövrü başa çatdı?

Ukrayna-Rusiya müharibəsində Kiyevə hərbi dəstək verən Avropa müharibəyə hazırlıq planı qurub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa Komissiyasının 3 mərhələli planına uyğun olaraq, sursat həm Ukraynada, həm də bütün qitədə saxlanılır.

3 fazalı planın birinci məqsədi təcili olaraq Ukraynaya daha çox sursat tədarük etməkdir. Ukrayna NATO standartından daha çox sursatla təmin olunacaq.

İkinci mərhələdə isə Aİ ölkələrinin azalan silah ehtiyatlarının artırılması hədəflənir.

Planın yekun mərhələsi uzunmüddətli perspektivdə Avropanın sursat istehsal gücünün artırılmasını nəzərdə tutur.

Avropa müdafiə sənayesinin ayda 20-25 min mərmi istehsal etmək qabiliyyətini 7 dəfə artırmaq planlaşdırılır.

Mütəxəssislər Avropa Komissiyasının bu addımını qitədə sülhün bitdiyinə işarə kimi qiymətləndirirlər.

Planın bu ayın sonunda liderlərin sammitində müzakirə ediləcəyi gözlənilir.

Manşet.az


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin