Rusiya Zaporojyada mənzili vurdu – Ölü və yaralılar var

12:47 - 2 Mart 2023

Rusiya Zaporojyada mənzili vurdu – Ölü və yaralılar var

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun gecə saatlarında Zaporojya şəhərində bir mənzili vurduğunu, ölən və yaralananların olduğunu bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski açıqlamasında bu ifadələrə yer verib:

“Zaporojya. İşğalçılar gecə saatlarında şəhərin mərkəzinə hücum etdilər. Binanı vurdular. Terror dövləti xalqımızın hər gününü terror gününə çevirmək istəyir. Amma bizim torpağımızda pislik hökm sürməyəcək. Biz bütün işğalçıları qovacağıq və onlar hər şeyə görə məsuliyyət daşıyacaqlar”.

O, ölən və yaralananların olduğunu, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Hücum nəticəsində binanın 3, 4 və 5-ci mərtəbələri dağıdılıb.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin