Putin 6 aydan sonra qələbənin astanasında – Zelenski etiraf etdi...

12:18 - 2 Mart 2023

Putin 6 aydan sonra qələbənin astanasında – Zelenski etiraf etdi...

Ukrayna prezidenti Volodimir Zelenskinin iqtisadi müşaviri Aleksandr Rodnyanski açıqlama verib ki, Ukrayna qoşunları Baxmut şəhərindən çıxarıla bilər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ordunun bütün variantları nəzərdən keçirəcəyini bildirən Rodnyanski, "Əsgərlərimiz indiyə qədər Baxmutu tutublar. Lazım gələrsə, strateji olaraq geri çəkiləcəklər. Xalqımızın boş yerə ölməsinə icazə verməyəcəyik" – deyib.

Ukraynalı deputat Serhiy Raxmanin də oxşar bəyanatla çıxış edərək, "Nə bahasına olursa-olsun şəhəri saxlamağın mənası yoxdur. Düşünürəm ki, sonda Baxmutu tərk edəcəyik" - deyib. Raxmanin bildirib ki, qoşunlar planlı təxliyə ilə çıxarıla bilər.

Rus əsgərlərinin amansız bombardmanlarına qarşı aylardır müdafiəyə qalxan Ukrayna əsgərləri tükənmə həddinə çatıb. Zelenski də etiraf edib ki, şəhərdə vəziyyət pisdir.

Baxmut müqavimətini hər an izləyən Qərb mediası Kiyev hökumətinin geri çəkilmə siqnalından sonra Putinin “böyük qələbənin astanasında” olduğunu yazıb.

Rusiya qoşunları kritik şəhəri ələ keçirsələr, 6 aydan sonra böyük qələbə qazanacaqlar və Donetsk vilayətində qalan sonuncu şəhər mərkəzlərinin də ələ keçirilməsinə yol açılacaq. Bu yolla Rusiya bütün sənaye zonasına nəzarəti ələ keçirəcək.

Manşet.az


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin