Yunanıstanın Larissa şəhəri yaxınlığında baş verən qatar qəzasında can itkisi 43-ə yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yunanıstan yanğınsöndürmə idarəsi yaralıların sayının 72 olduğunu, 15 nəfərin evə buraxıldığını, onlardan 6-nın reanimasiyada olduğunu bildirib.
Afinadan Salonikiyə gedən sərnişin qatarında 350 nəfərin olduğu və sərnişinlərin əksəriyyətinin Apokries karnavalından qayıdan tələbələr olduğu açıqlanıb.
Manşet.az