ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Reyin virusun mənşəyi ilə bağlı hesabatına Çin cavab verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, "ABŞ kəşfiyyat cəmiyyətinin fırıldaqçılıq və aldatma ilə bağlı zəif nəticələrinə əsaslanaraq, onların nəticələri heç bir şəkildə inandırıcı deyil" - deyib.
Sözçü əlavə edib ki, Pekin Vaşinqtonu elmə və faktlara hörmət etməyə çağırır.
Manşet.az