TƏBİB-dən Hacı Şahinin ölümü ilə bağlı AÇIQLAMA

10:14 - 2 Mart 2023

TƏBİB-dən Hacı Şahinin ölümü ilə bağlı AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.

 

TƏBİB-dən Manset.az-a bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2 mart saat 05:30 radələrində çağırış daxil olub.

"Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb",- məlumatda bildirilb.

Qeyd edilib ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli martın 1-də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin