Prezident İlham Əliyev Almaniyada işgüzar səfər etdi - FOTO
25 Aprel 2024
00:50 - 2 Mart 2023
Bakının mərkəzində park edilən avtomobilin nömrəsini oğurlayıblar.
Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, nömrənin qaytarılması üçün maşının sahibindən külli miqdarda pul tələb ediblər.
Hadisə paytaxt sakini, Vəkillər Kollegiyasının üzvü Şahin Rəhimovun başına gəlib.
Onun sözlərinə görə, hadisə paytaxtın Yasamal rayonunda, Şamil Əzizbəyov küçəsində baş verib.
Nömrəni oğurlayan şəxs və ya şəxslərlər tərəfindən avtomobilin üzərinə əlaqə nömrəsi də yazılıb.
Şahin Rəhimov həmin nömrə ilə vatsap üzərindən əlaqə yaradıb. Ondan nömrənin qarşılığında xeyli məbləğdə pul tələb edilib.
Bu barədə polisə məlumat verən Ş.Rəhimov xüsusi əməliyyat vasitəsilə nömrəsinin qaytarıldığını deyir.
Nömrəni gətirən taksi sürücüsü isə Yasamal rayon 27-ci polis bölməsinə dəvət edilib və izahatı alınıb. Hazırda bölmədə hadisəni törədən şəxs və ya şəxslərin axtarışları davam edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin